İran daha bir Britaniya tankerini saxladı

Oxunma sayı: 518
20-07-2019, 01:36

İran daha bir Britaniya tankerini saxladı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus “Stena Impero” neft tankerini saxlayıb.

Arasdırma.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.

Böyük Britaniya hökumətinin Fövqəladə Komitəsi “COBRA” neft tankerinin saxlanılmasına dair təcili iclas keçirəcək.Xəbərdə bildirilir ki,Ağ evdə Tramp İranın İngilis gəmisinin saxlanması barədə çıxış edib vəməsələni İngiltərə rəsmiləri ilə müzakirə edəcəyini vurğulayıb.

Paylaş
Xəbər lentİ