Müğənniyə seksual mesajlar yazan şoumendən ilk açıqlama: "Tələsinə düşdüm"

Oxunma sayı: 245
5-10-2021, 18:44

Müğənniyə seksual mesajlar yazan şoumendən ilk açıqlama: "Tələsinə düşdüm"
Şoumen Mehmet Ali Erbil haqqında yayılan təcavüz iddialarına cavab verib.

Arasdırma.info bildirir ki, Erbil 29 yaşlı ifaçı Ece Ronayın son paylaşımı haqqında danışıb.

"Mən gənc birinə dəstək olmaq istədim. Amma günün sonunda onun tələsinə düşdüm. Mesajlarımı kəsib mənasından çıxararaq yayımlayacaq qədər cahil olması, buna səssiz qalacağım anlamına gəlmir. Mən o mesajların hamısını və daha artığını mediaya yox, məhkəməyə təqdim edəcəm”, - deyə şoumen qeyd edib.

Mehmet Ali Erbil, həmçinin müğənninin klipində iştirak etdiyinə görə peşman olduğunu bildirib:

"İctimaiyyətdən heç bir qəbahətim olmamasına baxmayaraq, mənim yaxşı niyyətimi istifadə edib, kirli maqazinə təqdim edənlərə inanmamasını xahiş edirəm. Öz üstümə düşən bir şey varsa da, üzr istəyirəm”.

Xatırladaq ki, Ece Ronay sosial şəbəkə hesabında şoumenlə olan yazışmaları ifşa etmişdi. Mesajda "Bu gecə yanında yatmaq istəyirəm” cümləsinin yer alması çoxlarını təəccübləndirmişdi.//sfera

Paylaş
Xəbər lentİ