Sosial şəbəkələrdə baş verən xətanın səbəbləri açıqlandı - Zukerberq üzr istəyib.

Oxunma sayı: 224
6-10-2021, 08:09

Sosial şəbəkələrdə baş verən xətanın səbəbləri açıqlandı - Zukerberq üzr istəyib.
Ötən gün "Facebook" sosial şəbəkəsində baş verən xətanın səbəbi magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri olub.
Arasdırma.info xəbər verir ki, bu barədə feysbukun rəsmi saytında məlumat paylaşılıb. Şəbəkə trafikində baş verən xəta məlumatların emalı mərkəzinə ciddi təsir göstərib. Bu səbəbdən də xidmətlər sıfırlanıb.
Eyni zamanda şirkət "Facebook"la yanaşı, "Instagram" və "WhatsApp"ın işinin dayanmasından danışıb. Onlar istifadəçiləri inandırmağa çalışıb ki, bu xidmətlərdə problem yaranması istifadəçilərin məlumatlarının oğurlanmasına səbəb olmayıb.
"Downdetector"un məlumatında isə deyilir ki, ötən gün baş verən xəta feysbukun tarixindəki ilk böyük xətadır.
Sosial şəbəkələrdə baş verən xəta 7 saat davam edib.
Qeyd edək ki, Mark Zukerberq "Facebook" istifadəçilərindən üzr istəyib və baş vermiş xəta səbəbindən Zukerberq 6 milyon dollardan çox ziyana uğrayıb.

Paylaş
Xəbər lentİ