Azərbaycandan Gürcüstana gedənlərin sayı artdı

Oxunma sayı: 239
15-10-2021, 21:26

Azərbaycandan Gürcüstana gedənlərin sayı artdı
Bu ilin sentyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8726 nəfər təşkil edib.

Arasdırma.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə ziyarətçilərin sayı 4 762 nəfər və yaxud 2,2 dəfə artıb.

Yanvar-sentyabr aylarında isə qonşu ölkə Azərbaycandan 57 509 nəfər ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 225 842 nəfər və yaxud 79,6 % azdır.

Sentyabrda Gürcüstana 226 662, ilk doqquz ayda isə 1 188 234 nəfər beynəlxalq ziyarətçi (-13,2 %) yollanıb.

Paylaş
Xəbər lentİ