Putinin kortejini "partlatmaq" istədilər

Oxunma sayı: 488
24-07-2019, 00:51

Putinin kortejini "partlatmaq" istədilər
Rusiyanın Yekaterinburq şəhərində prezident Vladimir Putinin kortejinin getdiyi yolu "minalayan" iki nəfər saxlanılıb.

Arasdırma.info Publika.aza istinadən xəbər verir ki, bu haqda güc strukturlarındakı mənbə danışıb.

Məlumata görə, hadisə iyulun 9-da Putinin GMIS sammitində çıxışından və Ural Federal Universitetinin tələbələri ilə görüşündən sonra "Kolitsovo" hava limanına gedən yolda qeydə alınıb. Şübhəli qutunu prezidentin keçməsindən 15 dəqiqə əvvəl tapıblar. O, qırmızı lentlə bağlanmışdı və mulyaj zahirən əsl bombanı xatırladırdı.

“Qəhrəmanlar” dindirmə zamanı bildiriblər ki, təhlükəsizlik əməkdaşlarının nə qədər operativ reaksiya verəcəyini yoxlamaq istəyiblər. Onlardan biri əlavə edib ki, predmet heç bir təhlükə təşkil etmirdi və bu yalnız “qəddar zarafat” idi.

Paylaş
Xəbər lentİ