"Yerə çırpılandan sonra..." - Helikopter qəzasından sağ çıxan zabitlər danışdı - VİDEO

Oxunma sayı: 290
1-12-2021, 23:19

"Yerə çırpılandan sonra..." - Helikopter qəzasından sağ çıxan zabitlər danışdı - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Arasdırma.info xəbər verir ki, sözügedən qəzadan sağ çıxan hərbçilər “Real TV”ə danışıb.
Polkovnik-leytenant Emil Cəfərovun sözlərinə görə, təlim zamanı küləklə bağlı heç bir məhdudiyyət aşılmayıb:
“30 noyabr 2021-ci ildə praktiki atışlı təlim məşq uçuşları olmalı idi. İstiqamət üzrə getdik, meydançaya enişi yerinə yetirmə mərhələsində helikopter qəzaya uğradı. Yəni heç bir nasazlıq hiss olunmadı. Helikopter yerə çırpılandan sonra bizim ikimizi də içəridən çıxardılar. Bundan sonrası yadımda deyil. Ayağımda əzik var və sol qolumun sümüyünün üstündə sınıq var. Mən helikopterdə sərnişin kabinasında giriş qapısının yanında idim. Heç bir şübhəli məqam yoxdur. Mi-17 dünyada ən çox satılan və ən dözümlü helikopterlərdən biridir. Helikopter uçuşdan əvvəl yoxlanılmışdı. Hər bir şey qaydasında idi”.
Kapitan Ədilov Ramin də bildirib ki, eniş zamanı hündürlük itirildiyinə görə qəza baş verib:
“Komandirin də dediyi kimi, hər şey qaydasında eniş edirdik və heç bir məhdudiyyət aşılmamışdı. Helikopterdə 24 nəfər otura bilər və 16 nəfərlik şəxsi heyət vardı. Eniş vaxtı birdən-birə idarəetməni və hündürlüyü itirdik və yerə çırpıldıq. O an saniyələr çəkdi və bir an ayıldım ki, xəstəxanadayam. Üzümdəki yaralardan və sol dizimin əzilməyindən başqa qalan hər şey qaydasındadır”.

[media=]

Paylaş
Xəbər lentİ