Tofiq Yaqublunu döyənlər dərhal cəzalanmalıdır.Əks halda bu hadisədən Azərbaycan dövlətinin əleyhinə istifadə edəcəklər.

Oxunma sayı: 318
3-12-2021, 21:05

Tofiq Yaqublunu döyənlər dərhal cəzalanmalıdır.Əks halda bu hadisədən Azərbaycan dövlətinin əleyhinə istifadə edəcəklər.
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanda Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsi ilə bağlı sosial şəbəkələrdə xeyli məlumatlar yayılıb.
Arasdırma.info xəbər verir ki,Tofiq Yaqublunun döyülməsi respublikada böyük rezonans doğurub.Bu hadisəni müxtəlif partiya sədrləri və müxalifət nümayəndələri ciddi məsələ və söz azadlığına təpki,eləcə də müxaliflərə zor tətbiq edilməsi kimi qiymətləndirib.
"Tofiq Yaqublunu döyənlər dərhal cəzalanmalıdır.Əks halda bu hadisədən Azərbaycan dövlətinin əleyhinə istifadə edəcəklər."
-Bu sözləri isə,təhlükəsizlik məsələləri üzrə ekspert ,keçmiş MTN zabiti İlham İsmayıl reaksiya TV-nin efirində səsləndirib.
Onun sözlərinə görə,bu hadisəni törədənlər cəzalanmasa,bu cür təxtibatlar tez tez baş verəcək və düşmən ölkələr bundan dövlətimiz əleyhinə istifadə edəcəklər.
Tofiq Yaqublunu döyənlər dərhal cəzalanmalıdır.Əks halda bu hadisədən Azərbaycan dövlətinin əleyhinə istifadə edəcəklər.

Paylaş
Xəbər lentİ