Daxili işlər Nazirliyi Bakıda şagirdləri döyən məktəb direktoru ilə bağlı açıqlama yayıb.
Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Redaktor.az-a bildirib ki, hadisə nəzarətə götürülüb:
"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70