Çovğunda həlak olan hərbçimizə şəhid statusu VERİLƏCƏK

Oxunma sayı: 315
1-02-2022, 07:52

Çovğunda həlak olan hərbçimizə şəhid statusu VERİLƏCƏK
Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenant Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək.



Arasdırma.info xəbər verir ki, qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək.



Məlumatı Müdafiə Nazirliyindən təsdiq ediblər.



Qeyd edək ki, Kəlbəcər rayonunun Alagöllər səhəsində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək azıb.



Hərbi qulluqçularımızın tapılması məqsədilə şəxsi heyətin və xüsusi texnikanın cəlb olunması ilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C. Hüseynov, əsgər M. Hüseynov və əsgər Y. Kərimov tapılıb. Onlar Bakıda hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.



Yanvarın 31-i günorta saatlarında baş leytenant Fuad Bağırovun nəşi tapılıb.

Paylaş
Xəbər lentİ