Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Oxunma sayı: 258
3-04-2022, 19:26

Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Xəbər verdiyimiz kimi, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.

"TV Müsavat"ın əməkdaşları hadisə yerinə yollanıb. Partlayış baş vermiş klubun ətrafını polislər nəzarətə götürüb, giriş-çıxış məhdudlaşdırılıb.

Yaxınlıqda yaşayanların sözlərinə görə, ərazidə çox sayda restoran fəaliyyət göstərir:

"Restoranın ön hissəsindən (Tarqovu tərəfdən) vizual olaraq hər şey yaxşı görünsə də, arxa tərəfindən həyətyanı sahədə obyektlər iç-içədir. Havalandırma boruları, kommunikasiya xətlərinin hamısı yaşayış evlərinin yanından keçir, bu da təhlükəli vəziyyət yaradır. Bundan əlavə, gecələr restoranlardan gələn səslərdən yatmaq mümkün deyil. Dəfələrlə bu barədə aidiyyəti orqanlara müraciət etmişik. Lakin heç bir tədbir görülməyib".



Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Paylaş
Xəbər lentİ