“Pulu Əvəz Zeynallıya Elçin Sadıqov verib”

Oxunma sayı: 195
8-09-2022, 08:54

“Pulu Əvəz Zeynallıya Elçin Sadıqov verib”
Xəbər verdiyimiz kimi, "Xural" TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb.

Arasdırma.info haqqin.az-a istinadən xəbər verir ki, həmin məbləğ artıq R.Məmmədovun ailəsinə qaytarılıb.

Bu barədə sözügedən saytın baş redaktoru Eynulla Fətullayev açıqlama verib:

"Rasim Məmmədovun ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik, pulu Əvəz Zeynallının adına Elçin Sadıqov özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirəm ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb".

Paylaş
Xəbər lentİ