Şəhidl olanlardan 5-i futbolçu imiş

Oxunma sayı: 200
18-09-2022, 00:35

Şəhidl olanlardan 5-i futbolçu imiş
Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbi qulluqçumuz futbolçu olub.

Arasdırma.info xəbər verir ki, Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynov müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olublar.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Paylaş
Xəbər lentİ