Azərbaycanda səfərbərlik olacaq? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 182
18-09-2022, 16:45

Azərbaycanda səfərbərlik olacaq? - RƏSMİ AÇIQLAMA
Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri (KİV) ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Arasdırma.info xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində ölkəmizdə səfərbərlik elan olunacağı barədə yayılan məlumatı qəti təkzib edib:

"Səfərbərlik xidməti əhalini sosial şəbəkələrdə yayılan şayiələrə inanmamağa, yalnız rəsmi qurumlara etibar etməyə çağırır”.//azxeber

Paylaş
Xəbər lentİ