Azərbaycanda cekpot tarixində ən böyük uduş qeydə alındı - 913 min manat uddu

Oxunma sayı: 145
28-02-2023, 07:51

Azərbaycanda cekpot tarixində ən böyük uduş qeydə alındı - 913 min manat uddu
Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.

Arasdırma.info xəbər verir ki, tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb.

Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.

Həftədə 4 dəfə keçirilən "4+4” oyununun növbəti tirajında cekpot məbləği 500 000 manat olacaq.

Cekpot qazanmaq üçün A və B sıraları üzrə 1-dən 20-yədək olan rəqəmlərin (4+4) biletdəki variantla üst-üstə düşməsi yetərlidir.

Qeyd edək ki, tirajlı lotereyalar hər gün 19:45-də "Xəzər TV”, eləcə də "Azərlotereya TV” Youtube kanalında canlı yayımda keçirilir.
Qazanılan cekpot uduşu ilə bağlı ətraflı məlumat saah "Azərlotereya” ASC-nin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Paylaş
Xəbər lentİ