23 martda dünyada nələr olub?

Oxunma sayı: 129
23-03-2023, 10:28

23 martda dünyada nələr olub?
Bu gün Ümumdünya Meteoroloji Günüdür. 1961 ildə Ümumdünya meteoroloji təşkilat 23 mart tarixini Ümumdünya meteoroloji gün kimi qeyd etməyi qərara alıb. Bu günü qeyd etməkdə məqsəd – əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir.

Bəs, 23 martda dünyada daha hansı hadisələr baş verib?

1. 625-ci ilin 23 martında Ərəbistanda Mədinə müsəlmanları ilə Məkkənin Qüreyşi tayfaları arasında Uhud (İslam) müharibəsi başlayıb.

2. 23 mart 1781-ci ildə Günəş sisteminin doqquzuncu planeti Uran kəşf olunub.

3. 23 mart 1855-ci ildə Dolmabahçe məscidi ibadətə açılıb.

4. 1921-ci ilin 23 mart günü Türkiyə milli mübarizə tarixinin əsas həlledici döyüşlərdən biri olan II İnönü savaşı başlayıb.

5. 23 mart 1933-cü ildə Almaniya parlamenti Reystax Adolf Hitlerə fərmanlarla ölkəni idarəetmə səlahiyyəti verib.

6. 23 mart 1956-cı il də Pakistan tarixə ilk İslam respublikası olaraq düşdü.

7. 1961-ci ilin bu günündə Marinski teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsu” baletinin premyerası olub.

8. 1992-ci il. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələr qurulub.

9. 1999-cu il. Azərbaycan Respublikası ilə Salvador arasında diplomatik əlaqələrin əsası qoyulub.

10. 2001-ci il 23 martında “Mir” Sovet kosmos stansiyasının vəzifəsi sona çatdırılıb.

23 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi,journalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlərin müəllifi Sultan Məcid Qənizadə 23 mart 1938-ci ildə dünyasını dəyişib..

2. Məşhur ictimai-siyasi xadim, şair Ziya Gökalp 23 mart 1876-cı ildə anadan olub.“Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” nəzəriyyəsinin inkişafında Ziya Göyalpın misilsiz xidmətləri olub.

3. 23 mart 1919-cu ildə Azərbaycanın ilk təyyarəçi qadını Züleyxa Seyidməmmədova dünyaya göz açıb..

4. Azərbaycan bəstəkarı və pedaqoq Əşrəf Abbasov 1920-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib.

5. Azərbaycanın Milli Qəhrəmanı Paşa Təhməzov 23 mart 1949-cu ildə anadan olub.

6. Teatr və kino aktyoru, Xalq artisti Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə vəfat edib.// Bizim.Media

Paylaş
Xəbər lentİ