Oqtay Əliyevin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Oxunma sayı: 149
23-03-2023, 17:28

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Qəza zamanı avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Axşam.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş:

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Hazırda Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı xəsarət alan Xalq artisti Mehriban Zəki xəstəxanaya yerləşdirilib.

Paylaş
Xəbər lentİ