Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB

Oxunma sayı: 129
29-04-2023, 00:50

Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB
Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır.

Arasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.

E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur: "Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin. Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir".

Paylaş
Xəbər lentİ