Bu gün Azərbaycanda Bilik Günüdür

Oxunma sayı: 71
15-09-2023, 04:04

Bu gün Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günü kimi qeyd olunur.

Arasdırma.info xəbər verir ki,2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi.

Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.
Beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunub.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində ümumilikdə 1,6 milyon şagird təhsil alacaq. 114 484 şagird məktəbəqədər təhsilə cəlb olunacaq. 135 000 şagird birinci sinifdə təhsil alacaq. 80 273 şagird məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. //Cahantv.az

Paylaş
Xəbər lentİ