Ruben Vardanyana bu cəza verildi

Oxunma sayı: 109
29-09-2023, 08:21

Ruben Vardanyana bu cəza verildi
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

Arasdırma.info xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.//metbuat

Paylaş
Xəbər lentİ