Ata Abdullayevdən Əli Həsənova şok ittihamlar “Başımdan bir tük əskik olsa...”

Oxunma sayı: 449
2-12-2019, 18:47

Ata Abdullayevdən Əli Həsənova şok ittihamlar “Başımdan bir tük əskik olsa...”
Arasdırma.info xəbər verir ki,bu gün blogGer Ata Abdullayev öz Facebook profilində Əli Həsənovu tənqid edən video paylaşıb.
Belə ki, o Əli Həsənovu medianın atası adlandırıb və onun bir sıra media orqanlarının olduğunu deyib.
Maraqlı məqamlardan biri də budur ki, Ata Abdullayev xaricdə yaşayan azərbaycanlı mühacirlərin arxasında Əli Həsənovun durduğunu deyir.Xatırladırıq ki,Ata Abdullayev İtaliyada erməni kilsəsində Paşinyana verdiyi suallara görə Əli Həsənov onu səviyyəsiz adlandırmışdı.Ona görə də Əli Həsənova qarşı kampaniya aparacağını bildirib.Azərbaycan Nəşriyyatının hazırkı vəziyyətinin bərbad olduğu,Jurnalistlər üçün tikilən evlərdə korrupsiya məsələsini,Xəzər TV,Kaspi məktəbləri,ümumiyyətlə bütün biznes şəbəkəsinin ifşa olunacağını dilə gətirib.
Ata Abdullayev onu da qeyd edib ki,Əli Həsənov yüksək rütbəli məmurlarla qohumdur və hər zaman onun həyatına qəsd ola bilər.Lakin bundan qorxmayacağını və geri çəkilməyəcəyini qeyd edib.

Paylaş
Xəbər lentİ