Salyanın icra başçısı vətəndaşları yola verir.

Oxunma sayı: 804
5-12-2019, 01:07

Salyanın icra başçısı vətəndaşları yola verir.
Son zamanlar ölkəmizdə aparıla islahatlar İcra Hakimiyyətlərinin də strukturunda özünü göstərir.Bir neçə rayonun icra hakimiyyətinin başçısının dəyişilməsi,Prezident İlham Əliyevin onları qəbul edərək şəxsən tapşırıqlar verməsi onu deməyə əsas verir ki,bu sahədə yeniliklər olmalıdır.
Son təyinat vaxtı Prezident İlham Əliyev rayon İcra hakimiyyətlərinin başçılarına dediklərindən :-“Əgər vətəndaşlar sizin işinizdən razı olsa, mən də razı olacam. Sizin fəaliyyətinizə yüksək qiymət verəcəm.
Əgər yox, mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhəri və Hacıqabul rayonunun inkişafında öz töhfənizi verəcəksiniz”.
Salyanın icra başçısı vətəndaşları yola verir.
Belə olan halda niyə Salyan rayonunun icra başçısı Sevindik Hətəmov vətəndaşları narazı edir ?Ötən gün Salyan rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu həyata keçirilib.Lakin bölgə müxbirimizin verdiyi məlumata görə,orda vətəndaşları sadəcə dinləyib,yola veriblər.Hərəyə bir nağıl danışmaqla heç bir iş görülməyib.Məsələn,Salyan sakini,jurnalist,psixoloq Zəminə Dadaşova qəbulda olub və Sevindik Hətəmovdan işlə təmin olunmasını istəyib.İki ali təhsili Magistratura və bir neçə kurs keçmiş savadlı kadr olanZəminə xanım,evdə ağır xəstəsi olduğunu və heç yerdə işləmədiyini,bundan başqa heç bir müavinət almadığını qeyd edib.Lakin Başçının müavini və köməkçilər xanım vətəndaşı dinlədikdən sonra ona heç cür kömək edə bilməyəcəklərini söyləyiblər.Sözün əsl mənasında yola veriblər.Gedin ,biz sizinlə əlaqə saxlayarıq.Bu kimi faktlar kifayət qədərdir.
Araşdırma.info saytı olaraq məsələ ilə bağlı İcra Hakimiyyəti ilə bağlantı qurmaq istəsək də gec olduğundan telefonlara cavab verən olmadı.
Ümid edirik ki,Respublika səviyyəsində aparılan islahatlar Salyan rayonuna da çatacaq və Salyan vətəndaşlarına layiq bir icra başçısı təyin olunacaq.Əslən Laçın rayonundan olan Sevindik Hətəmov Salyan camaatını çətin başa düşər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Salyanın icra başçısı vətəndaşları yola verir.

Paylaş
Xəbər lentİ