Mədət Quliyev generala vəzifə verdi

Oxunma sayı: 467
5-12-2019, 11:49

Mədət Quliyev generala vəzifə verdi
Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

Arasdırma.info bildirir ki,Unikal.org-un əldə etdiyi məlumata görə, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.

Paylaş
Xəbər lentİ