Tanınmış Ekstrasens Etibar Nəsiblinin fikirləri...

Oxunma sayı: 911
11-11-2018, 14:09

Tanınmış Ekstrasens Etibar Nəsiblinin fikirləri...
Araşdırma.info saytı Tanınmış ekstrasens Etibar Nəsiblidən müsahibə almış və onun fikirlərini öyrənmişdir.Müsahibəni olduğu kimi sizə çatdırırıq.
Etibar bəy xahiş edirik bizə gördüyünüz işlər barədə danışın.
-Öz problemlərinizi mənə danışın,ürəyinizi mənə açın,sizi narahat edən məsələləri mənimlə bölüşün.Mən də bu problemlərin həlli yollarını və görünən açıq yolları sizə deyim.Mənim göstərdiyim yol sizin üçün ideal və əvəzedilməzdir.Siz bütün ağırlıqları,problemləri arxada qoyaraq gözəl bir həyat yaşayaraq arzularınıza qovuşacaqsınız.Mən hər bir insanıa onun şəxsi xüsusiyyətləri ilə yanaşıram,cəld və operativ qərar verirəm.Əgər insanlara kömək edəcəyim məsələdə arxayın olsam ki,bu işi görərək onlara yardımçı ola bilərəm, 100 faiz söz verirəm.Magiya mi illərlə sınaqdan keçmiş bir metoddur.Yalnız yaxşı əməllərlə insanlara yardım etmək.Bu isə mənim Allah tərəfindən verilən vəzifə borcumdur.Hər bir kəs özünə sual verməlidir,həyata nə üçün gəlib,hansı əməlləri törədib,və nəyə qulluq edir.Mən bircə onu bilirəm ki,mənim həyatdakı rolum yalnız insanlara xidmət etməkdir.Öz sağlamlığımın təhlükə altına ataraq,kifayət qədər enerji sərf etməklə minlərlə insana kömək etmişəm,ailə səadəti,can sağlığı,övlad bəxş etmək işlərində yardımçı olmuşam.
Bəziləri elə başa düşür ki,ekstrasens yalnız falçıdır.Bununla mən razı deyiləm.Mənim işim daha çətin və məsuliyyətlidir.Mənə müraciət edən hər bir kəs problemlidir və ya hansısa bir məsələdə qərar verməkdə çətinlik çəkir.Mən həmin adamın keçmişini ,gələcəyini,onun ətrafındakı adamları,nələrin baş verdiyini analiz edirəm.Bilirsiz düzgün qərar vermək nə qədər çətindir ?.Bu baxımdan ekstrasenslərin işi çox çətindir.
Bir misal çəkmək istəyirəm.Bir neçə il əvvəl mənə müraciət edənlərdən biri nəqliyyat işi ilə məşğul olduöunu və ona heç bir gəlir gətirmədiyini dedi.Onu da xahiş etdiki,ona işlərinin qaydaya düşməsində yardımçı olum.Müəyyən bağlı qapıların açılması,müştərinin çox olması,xeyir və bərəkətin bol olması üçün xeyli pul təklif etdi.Mən isə onun bütün işini,ətrafını analiz etdikdən sonra,ona bu işiatmasını,dayandırmasını dedim.Bu işdə ona xeyir yox ,ziyan olacağını dedim.Adam isə narazı qalaraq mənim iş bacarmadığımı söyləyərək otağı tərk etdi.Bir müddətdən sonra yanıma gəlib üzr istədi.Mənə isə artıq bəlli idi yekun.Özündən eşitmək istədim nə baş verdiyini.Adam yük avtomobilinin qəzaya uğradığını və külli miqdarda ziyana düşdüyünü dedi.Əsası isə mənim sözümə qulaq asmadığına peşiman olduğunu vurğuladı.
Digər bir misal:-Bir qadın qızını ərə vermək üçün müxtəlif üsullardan istifadə etmiş və bir nəticə olmadığını deyərək mənə müaciət etdi.Burada bir məsələni yaddan çıxarmaq olmaz,bu Allahın razılığıdır.Hər işdə Yaradanın razılığı lazımdır.Biz kimik ki,Allahın bəndəsi.Bizim gücümüz yalnız düzgün yol göstərməkdir.Mən də həmin xanıma bu işdə ona yardımçı ola bilməyəcəyimi söylədim.Yəni bu sevda baş tutmaz dedim.Mənə inanmadılar.Müxtəlif yollarla öz arzularına çatdılar.Lakin çox keçmədi ki,həmin qadın yenidən yanıma gələrək onların boşandığını söylədi və yenə də onlara yardımçı olmağımı istədi.
Bütün bunları deməkdə məqsədim odur ki,mən öncəgörən olduğum üçün real gördüyümü deyirəm.Təsadüfi deyil ki,Rusiyada mənim əlimlə üstündən 50-60 il keçmiş cinayət işlərinin açılmasında,itmiş adamların və əşyaların tapılmasında birbaşa televiziya vasitəsilə çıxış edirdim.
Yeni proqnozlara qalınca,mən hər il dünya üzrə proqnozlarla çıxış edirəm.Hələ ki,ciddi bir dəyişiklikərin olacaqlarını görmürəm.Hal hazırda 2019-cu il üçün olan proqnozların üzərində çalışıram.Yaxında onları sizə çatdıracam.
Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik.

Paylaş
Xəbər lentİ