Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

Oxunma sayı: 719
18-11-2018, 21:32

Fazil Məmmədov xəstəxanaya yerləşdirildi
Sabiq nazirin Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Bildirilib ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər. Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub.

Əldə olunan daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Qeyd edək ki, F.Məmmədovun şəxsi təyyarə ilə ölkəyə qayıtdığı barədə məlumat və foto dünən yayılmışdı. (modern.az)

Paylaş
Xəbər lentİ