Sürücülərə ŞAD XƏBƏR: Kamera vasitəsilə cərimə yazılmayacaq - RƏSMİ

Oxunma sayı: 454
3-07-2020, 22:05

Sürücülərə ŞAD XƏBƏR: Kamera vasitəsilə cərimə yazılmayacaq - RƏSMİ
Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb.
Arasdırma.info xəbər verir ki,Portalda qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyi bildirilib. Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portalda qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin, qanunvericilik karantinlə bağlı tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir.//Qafqazinfo

Paylaş
Xəbər lentİ