Ramiz Mehdiyevin kürəkəni belə qandallandı - Foto

Oxunma sayı: 702
22-08-2020, 10:42

Ramiz Mehdiyevin kürəkəni belə qandallandı - Foto
Bu gün Abşeron rayon Məhkəməsində keçirilən prosesdən sonra sabiq deputat İlhаm Əliyev əlləri qandallı şəkildə media nümayəndələrinin qarşısına çıxarılıb.

Arasdırma.info Teleqraf.coma istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni ona ünvanlanan suallara cavab verməyib.
* * *
Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsində hakim qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, eks-deputatın qudası Rövşən Mustafayev toy məclisinin qaydalara uyğun şəkildə həyata keçirildiyini bildirib:

"Toyda 20-25 nəfər iştirak etmişdi. Kiçik məclis idi və qaydalara uyğun şəkildə açıq havada təşkil olunmuşdu. İştirak edənlər arasında 4 nəfər ailə üzvü və yaxın dostlar vardı".

Məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaqdır. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.
Ramiz Mehdiyevin kürəkəni belə qandallandı - Foto
Ramiz Mehdiyevin kürəkəni belə qandallandı - Foto
Ramiz Mehdiyevin kürəkəni belə qandallandı - Foto

Paylaş
Xəbər lentİ