“Pikap”larla bağlı polis qanunu pozur” – DEPUTAT

Oxunma sayı: 374
24-09-2020, 00:31

“Pikap”larla bağlı polis qanunu pozur” – DEPUTAT
Erkin Qədirli: “Əvvəlcə gərək Prezident səfərbərlik elan etsin”



““Pikap”ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub. Bu başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər”.



Arasdırma.info xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli vətəndaşlara məxsus “Pikap” ban növlü avtomobillərin səfərbərlik və müharibə üçün yığılması barədə gedən müzakirələrə münasibət bildirərkən deyib.



Millət vəkilinin sözlərinə görə, əvvəlcə gərək Prezident səfərbərlik elan etsin: “Səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir. Prezident bunu etməyib. Odur ki, polis bu kontekstdə qanunu pozur”.


“Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var. “Pikap” və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda, vahid elektron sistemdə hərbi qeydiyyata da alınmalıdır. Bu dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar”.//AYNA

Paylaş
Xəbər lentİ