Ermənilər Xankəndindən qaçır,2 km-lik avtomobil karvanı...

Oxunma sayı: 386
8-11-2020, 18:40

Ermənilər Xankəndindən qaçır,2 km-lik avtomobil karvanı...

Dünən axşam saatlarından etibarən qalan sakinlər də Xankəndini tərk etməyə başlayıblar.
Arasdırma.info xəbər verir ki, video kadrlardan görünür ki, Xankəndinin çıxışında bir neçə kilometr uzunluğunda tıxac müşahidə olunur. Artıq heç kəs Xankəndidə qala bilmədiyindən şəhəri tərk edir.

Xatırladaq ki, bir neçə gün əvvəl şəhər “meri” David Sarkisyan Xankəndi sakinlərinin azı 70 faizinin (40 min) Ermənistana qaçdığını demişdi. O, qalan insanların tezliklə təxliyyə olunacaqlarını xəbər vermişdi.

Paylaş
Xəbər lentİ