Azərbaycan əsgərləri Qafan-Gorus-Xankəndi yoluna çıxdılar-VİDEO

Oxunma sayı: 428
20-12-2020, 11:46

Azərbaycan əsgərləri Qafan-Gorus-Xankəndi yoluna çıxdılar-VİDEO
Azərbaycan əsgərlərinin Qafan-Gorus-Xankəndi yolunda çəkilən görüntüləri yayılıb.

Arasdırma.info yeniavaz-a istinadən xəbər verir ki, videogörüntünü Ermənistanın “Mediaport” kanalı yayıb.

Bildirilir ki, Azərbaycan əsgərləri Gorus rayonu ərazisində yerləşən məşhur “Daş meşə”nin yaxınlığına çatıblar.

Məlumat üçün bildirək ki, “Daş meşə” adlandırılan ərazi vulkanik mənşəyə sahib olan qeyri-adi formalı daş sütunlardan ibarətdir. Ermənistanın Qubadlı rayonu ilə sərhəddə yerləşən Xınzırək kəndi yaxınlığındadır. Qubadlı rayonu işğal altında olduğu zaman Ermənistanın Qafan şəhərindən Gorus şəhərinə çəkilən avtomobil yolu həmin ərazidən keçib və yolun bir hissəsi Azərbaycan ərazilərinə düşüb.

Onu da bildirək ki, bu yol Gorus şəhərindən keçərək Ermənistanın cənub rayonlarını (Qafan, Sisian və Mehri rayonları) Qarabağa birləşdirən ən qısa yoldur.
[media=]

Paylaş
Xəbər lentİ