5 203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

Oxunma sayı: 329
29-12-2020, 15:42

5 203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Arasdırma.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5 203 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 56-sı polkovnik-leytenantdır.//report

Paylaş
Xəbər lentİ