Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH

Oxunma sayı: 318
16-01-2021, 19:03

Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb.

Arasdırma.info Trend-ə istinadən bildirir ki, karantinin rejiminin yumşaldılmasına başlanılıb.

Qərarları qısa variantda təqdim edirik:

Karantin rejiminin müddətinin aprelin 1-dək uzadılıb
18 yanvardan SMS və portaldan icazə ləğv olunur
Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək
İctimai nəqliyyat həftəsonları işləməyəcək. (Ən azı aprelin 1-dək)
Metro işləməyəcək
"Mallar", iri ticarət mərkəzləri işləməyəcək
Təhsil ocaqları, kurslar və s. hələ ki işləməyəcək. (Gələn həftə bunla bağlı brifinq olacaq)
Maskadan istifadə məcburidir.
18 yanvardan vaksinaisya başlayır
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur. Aşağıdakı ərazilər istisna:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonu.

Paylaş
Xəbər lentİ