Bu gün 20 Yanvar hadisələrindən 31-ci ildönümüdür.

Oxunma sayı: 381
20-01-2021, 04:35

Bu gün 20 Yanvar hadisələrindən 31-ci ildönümüdür.
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

Arasdırma.info xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Paylaş
Xəbər lentİ