Peyvənd pasportları tövsiyə olunmur – ÜST rəsmisi açıqladı

Oxunma sayı: 385
21-01-2021, 04:15

Peyvənd pasportları tövsiyə olunmur – ÜST rəsmisi açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda dünyada koronavirus peyvəndinin yetərli olmadığı və virusun yayılmasına təsiri barədə natamam məlumat verildiyi üçün səyahət edənlərə peyvənd pasportlarının tətbiq edilməsini tövsiyə etmir.

Arasdirma.nfo xəbər verir ki, bunu ÜST-nın Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç “Rusiya-24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hələ peyvəndin praktik olaraq virusu keçirməyə nə dərəcədə mane olması ilə bağlı dəqiq məlumat olmadığından səyahətçilərdən peyvənd olunmaq tələbi edilməyəcək.

“Əlbəttə, peyvənd xəstəliyin ağır keçməsinin qarşısını alır, səhiyyə sisteminin işini rahatlaşdırır, amma bizim daha çox araşdırmaya ehtiyacımız var”.

ÜST nümayəndəsi bildirib ki, peyvəndin bütün ölkələrə çatmaması böyük bərabərsizlik yaradır.

“Peyvənd pasportları məsələsi əlbəttə ki nəzərdən keçirilir, baxmayaraq ki, bu məsələ bir çox ölkədə müzakirə olunur, indi ÜST bunu tövsiyə etmir”, – deyə o qeyd edib.
virtualaz.org

Paylaş
Xəbər lentİ