İbrahim Məmmədov:"Hələlik heç bir rəsmi qərar yoxdur."

Oxunma sayı: 390
4-03-2021, 23:29

 İbrahim Məmmədov:"Hələlik heç bir rəsmi qərar yoxdur."
İbrahim Məmmədovdan 15 martdan SMS icazə tətbiqi barədə danışıb.
Koronavirusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın bayram günləri üçün bəzi məhdudlaşdırıcı tədbirlər görəcəyi barədə sosial şəbəkələrdə iddialar səsləndirilir. Bildirilir ki, Novruz bayramında xüsusilə qonaq gedənlərin sayının çoxluğunu nəzərə alan qurum 15 martdan 28 marta qədər SMS-icazə sistemini bərpa edə bilər. Eyni zamanda, bayram günlərində rayonlara gediş-gəlişin qadağan edilməsinin də müzakirə edildiyi bildirilir.
Arasdırma.info xəbər verir ki, axar.az-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bu məsələlərlə bağlı hələlik heç bir rəsmi qərar yoxdur.

DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da bayramlarla əlaqədar qeyri-iş günü hesab edilən tarixlərdə rayonlara gediş-gəlişin qadağan edilməsi barədə hansısa bir tapşırıq verilmədiyini vurğulayıb:

“Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. DİN icraedici qurumdur”.

Paylaş
Xəbər lentİ