6 dəfə əməliyyat olunan qazimizdən ŞAD XƏBƏR

Oxunma sayı: 343
16-03-2021, 22:12

6 dəfə əməliyyat olunan qazimizdən ŞAD XƏBƏR
“Metropolitençi qazi, səmimi insan, könüllü olaraq Vətənin müdafiəsinə yollanmış, ağır yaralanıb 6 dəfə əməliyyat keçirmiş, el oğlu Murad Muradovun ailəsində bu günlər xüsusi ovqat var. Sevib-seçdiyi xanımla ailə həyatına doğru böyük addımını atan qazimiz nişanlanıb”.

Arasdırma.info xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sosial şəbəkə hesabında etdiyi paylaşımda bildiirb. Postda qeyd olunur:

“Bayram ovqatı ilə bir sevincli xəbəri də paylaşmaq lap yerinə düşər. Metropolitençi qazi, sadə, sadə olduğu qədər də səmimi insan, könüllü olaraq Vətənin müdafiəsinə yollanmış, ağır yaralanıb 6 dəfə əməliyyat keçirmiş, lakin sönməyən həyat və Vətən eşqi ilə qürurumuz, nümunəvi nikbin el oğlu Murad Muradovun ailəsində bu günlər xüsusi ovqat var. Sağlamlığı ilə bağlı ən çətin anlarını geridə qoyan Muradın ömür kitabında yeni səhifə açılır. Sevib-seçdiyi xanımla ailə həyatına doğru böyük addımını atan qazimiz nişanlanıb.


Bütün kollektiv adından fəxrimizi təbrik edir və bir ömür boyu ailə səadəti, firavanlıq arzulayırıq.

Vətən aşiqləri sırasında adı qürur payımız olan, ”Xocavəndin azad olunmasına görə” və “Vətən Müharibəsində iştirakına görə” medallı qəhrəmanımız, həyat işığın daim nur saçsın”.

6 dəfə əməliyyat olunan qazimizdən ŞAD XƏBƏR
6 dəfə əməliyyat olunan qazimizdən ŞAD XƏBƏR
6 dəfə əməliyyat olunan qazimizdən ŞAD XƏBƏR

Paylaş
Xəbər lentİ