Qaydaları kobud şəkildə pozan sürücü maşını ilə birlikdə saxlanıldı - DYP-dən AÇIQLAMA

Oxunma sayı: 338
24-03-2021, 06:52

Qaydaları kobud şəkildə pozan sürücü maşını ilə birlikdə saxlanıldı - DYP-dən AÇIQLAMA

Bakıda sürücünün müxtəlif avtomobillərlə əks istiqamətə çıxması və qucağında azyaşlı uşaqla avtomobili idarə etməsi Avtosfer.az saytında dərc edildikdən sonra onun barəsində qanunamüvafiq qaydada tədbir görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a qaçıqlamasında bildirib ki, yayılan videosüjetlə bağlı dərhal araşdırma aparıldı və məlum oldu ki, həmin xətaları Tamerlan Hacıbalayev adlı sürücü törədib. O, idarəyə dəvət olunub və pozduğu qaydaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat cərimələnib. O cümlədən avtomobilə quraşdırılmış sayrışan işıqlar söküldükdən sonra sürücü sərbəst buraxılıb.

Paylaş
Xəbər lentİ