Millət vəkili Rusiyadan qovulacaq 120 min azərbaycanlı ilə bağlı təklif verdi

Oxunma sayı: 355
19-04-2021, 18:38

Millət vəkili Rusiyadan qovulacaq 120 min azərbaycanlı ilə bağlı təklif verdi
"ASAN xidmət Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməlidirlər”.

Arasdırma.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Rusiyanın MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər ərazisindən çıxarılması ilə bağlı tələbinə aydınlıq gətirərkən. Deputat hesab edir ki, vətəndaşların hüquqlarını və ləyaqətini qorumaq üçün təcili addımlar atılmalıdır:

"Rusiya Federasiyası Daxili İşlər Nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır. Bir müddət öncə mən Milli Məclisdəki çıxışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın sənədləşdirilməsini təmin etsin”.
Millət vəkili Rusiyadan qovulacaq 120 min azərbaycanlı ilə bağlı təklif verdi

Deputat qeyd edib ki, Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil:

"Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. Xatırlatmaq istəyirəm ki, 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər”.//qaynarinfo

Paylaş
Xəbər lentİ