Paytaxtda oğurluğa görə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Oxunma sayı: 504
17-06-2019, 15:38

Paytaxtda oğurluğa görə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Bakıda oğurluq etməkdə təqsirləndirilən İbrahim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Arasdirma.info"nun xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinin istintaq bölməsində araşdırılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

İ.Əlizadə Cinayət Məcəlləsinin 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham edilir.

O, paytaxtın Nərimanov və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

İ.Əlizadənin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Paylaş
Xəbər lentİ