Həkimi şantaj edən reket jurnalistin səs yazısı BAKU.TV-də - VİDEO

Oxunma sayı: 330
16-07-2021, 20:21

Həkimi şantaj edən reket jurnalistin səs yazısı BAKU.TV-də - VİDEO
Özünü media nümayəndəsi kimi təqdim edən şəxs səhiyyə işçisini şantaj edib.

“Korrupsiyaya son” qəzetinin təsisçis Hacı İbrahim adlı şəxs Tovuz rayonu Əyyublu kənd ASM-in bölmə müdiri Akif Əyyubova zəng edərək ona hansısa nişan taxılacağını deyib.

Daha sonra H.İbrahim səhiyyə işçisinə çəkiliş üçün göndərdiyi adamlara “hörmət” etməli olduğunu deyib.

Akif Əyyubov pul vermək imkanının olmadığını bildirəndən sonra onlar arasında mübahisə yaranıb və Hacı İbrahim onu şantaj edib.

BAKU.TV Hacı İbrahimlə əlaqə saxlasa da, o, şikayətçini tanımadığını deyib.
Xatırladırıq ki,adı çəkilən jurnalist 2010 cu ildə rüşvət alarkən saxlanılıb və kifayət qədər məhkumluq həyatı yaşayıb.

Paylaş
Xəbər lentİ