Yanvarın 2-də saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir əsgər 3 hərbi qulluqçunu öldürərək qaçıb.
Qubadlı zastavasında 3 hərbi qulluqçu öldürülüb
Yanvarın 2-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu digər 3 nəfər hərbçini öldürüb.
Arasdırma.info xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) hadisənin "saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində" baş verdiyini bildirib.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır", DSX mətbuat mərkəzinin məlumatında deyilib.
Baş Prokurorluğun məlumatında Elxan Əvəzlinin adı çəkilən üç hərbçini "qəsdən" öldürdüyü deyilərək qeyd olunub ki, Əvəzlinin "axtarışı üzrə tədbirlər davam etdirilir" və faktla bağlı "Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb."//BBC
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70