Bakıda fəhlə qadının çörək zavodunda faciəvi şəkildə öldü.

Oxunma sayı: 223
9-01-2022, 19:12

Bakıda fəhlə qadının çörək zavodunda faciəvi şəkildə öldü.
Yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın qurğuya düşərək həyatını itirib.

Arasdırma.info xəbər verir ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.//Cahantv.az

[media=//baku.tv/az/watch/48880/]
[media=]

Paylaş
Xəbər lentİ