Bərdədə 19 yaşlı qız evindən zorla qaçırıldı: Evli kişi üçün ... FOTO

Oxunma sayı: 258
29-01-2022, 22:53

Bərdədə 19 yaşlı qız evindən zorla qaçırıldı: Evli kişi üçün ... FOTO
Bu gün günorta saatlarında Bərdə rayonu, Mustafaağalı kənd sakini, 19 yaşlı Seyidli Cahan yaşadığı evdən 4 nəfər tərəfindən qaçırılıb.

Arasdırma.info xəbər verir ki, qızın anası Gülnar Seyidova məlumat verib.

O bildirib ki, qızını qaçıran həmin kəndin sakini , hazırda evli olan 1983-cü il təvəllüdlü 2 uşaq atası olan Elçin Salahovdur.

Ailə məsələ ilə bağlı Bərdə Rayon Polis İdarəsinə müraciət etsə də, hər hansı araşdırılma aparılmayıb: “ Bərdə rayonun polis bölməsinin tədqiqatçısı Röyal müəllimə müraciət etdik. Lakin qızımın qaçırılması ilə bağlı şikayətimə baxılmadı. Bizi isə arxayın saldı”.

Yaxınları deyir ki, Seyidli Cahan hazırda Kətəlparaq kəndində gizlədilir.Gundem.az

Paylaş
Xəbər lentİ