Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs saxlanıldı

Oxunma sayı: 215
30-01-2022, 01:15

Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs saxlanıldı
Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir", - DİN rəsmisi əlavə edib//axar.az

Paylaş
Xəbər lentİ