Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

Oxunma sayı: 221
31-01-2022, 08:09

Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

Ötən gün Suraxanı rayonu, Hövsan qəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadə yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.Trend-in əldə etdiyi məlumata görə, Gülnar Vəlizadə həyat yoldaşı Elşən Hadızadə ilə birlikdə Suraxanı rayonu, Hövsan qəbəsində bir otaqlı evdə yaşayıblar. İki azyaşlı övladları var. Cütlük tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə həyatı qurublar.
Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb
Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

Paylaş
Xəbər lentİ