Nərimanov rayonunda yerləşən özəl tibb müəssisəsində çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əşyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib.
Arasdırma.info xəbər verir ki,bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb.
O, ifadəsində oğurluğu etiraf edib. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin ötən ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı məlum olub.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoji cinayətlər törətməsi istisna edilmir.
Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70