Xırdalanda bir evdə olan 10 nəfər dəm qazından zəhərlənib

Oxunma sayı: 161
27-02-2022, 09:33

Xırdalanda bir evdə olan 10 nəfər dəm qazından zəhərlənib
Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Yaşadıqları evdə 1956-cı il təvəllüdlü Kələntərova Bənövşə Musa qızı, 1985-ci il təvəllüdlü Həsənli Nurlana Qurban qızı, 2001-ci il təvəllüdlü Orucova Arzu Məhəmməd qızı, 2008-ci il təvəllüdlü Kələntərli Şəkər Ceyhun qızı, 1992-ci il təvəllüdlü Novruzlu Nigar Musa qızı, 2005-ci il təvəllüdlü Novruzlu Şəfiqə Sultan qızı, 1988-ci il təvəllüdlü Həsənova Sahilə Sahib qızı, 1974-cü il təvəllüdlü Kələntərli Arzu Süleyman qızı, 2011-ci il təvəllüdlü Kələntərli Mail Həsənəli oğlu və 2010-cu il təvəllüdlü Kələntərli Musa Həsənəli oğlu dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Paylaş
Xəbər lentİ