Azərbaycanda 15 yaşlı qıza təcavüz olunub.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Gəncə şəhərində 62 yaşlı kişinin 15 yaşlı qıza təcavüz etdiyi deyilir.
Məlumata görə, qız S.M (ad şərti) qonşuları K. M-dan (ad şərti) 7 aylıq hamilədir.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, hazırda iş üzrə araşdırılma aparılır:
“Məsələ ilə bağlı şikayət təmin olunub. Hazırda iş prokurorluqdadır. Faktla bağlı araşdırma aparılır”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70