Sumqayıtda ağır qəza, 13 yaralı var.

Oxunma sayı: 147
15-03-2022, 20:33

Sumqayıtda ağır qəza, 13 yaralı var.
Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.


Arasdırma.info APA-ya istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.



Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.


Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.


Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ