Özünü və qonşusunu bıçaqladı

Oxunma sayı: 154
20-03-2022, 00:20

Özünü və qonşusunu bıçaqladı
Göyçay rayonunda bıçaqlanma hadisəsi olub, xəsarət alanlar var.

Arasdırma.info xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəmnində dava baş verib. İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova, sonra isə özünə xəsarət yetirib.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

//APA

Paylaş
Xəbər lentİ