Ərinin maşınla vurduğu və bıçaqladığı qadın öldü - FOTO - TƏFƏRRÜAT

Oxunma sayı: 151
24-03-2022, 18:48

Ərinin maşınla vurduğu və bıçaqladığı qadın öldü - FOTO - TƏFƏRRÜAT
Goranboyda kişinin həyat yoldaşını "Range Rover" markalı avtomobillə qəsdən vurub, daha sonra bıçaqla qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Arasdırma.infonun APA-ya istinadən məlumatına görə, hadisə tərəflər arasında ailə münaqişəsi zamanı baş verib.

Məlumata görə, Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə birlikdə Bakı şəhərində yaşayırmış. Onlar Novruz bayramı ilə əlaqədar rayonun Qızılhaclı kəndinə gəliblər. Burada ərlə arvadın arasında mübahisə düşüb. Nəticədə 37 yaşlı Əfsanə Məmmədova küsərək anasının yaşadığı Dəlməmmədli kəndinə gəlib. Qadın bir neçə gün imiş anası gildə qalırmış. Bu gün isə Mehman Süleymanovla aralarında baş verən mübahisəyə aydınlıq gətirmək üçün qayınanası gilə gəlib. Nəticədə onların arasında mübahisə düşüb. Bu zaman qadın küçəyə qaçıb. Həyat yoldaşı isə onun arxasınca idarə etdiyi "Range Rover"lə gedib. O, öncə qadını avtomobilə vurub, daha sonra isə ona bir neçə bıçaq xəsarəti yetirib.

Paylaş
Xəbər lentİ